Kim Çen İn termonüvə müharibəsi riskini açıqlayıb və ABŞ-ı münaqişələri gərginləşdirməkdə ittiham edib.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, Şimali Koreya lideri xəbərdarlıq edib ki, dünya İkinci Dünya Müharibəsindən bəri ən təhlükəli və qeyri-sabit dövrünü yaşayır. Onun sözlərinə görə, qlobal hegemonluq yaratmaq üçün “ABŞ-ın hiylələri” münaqişələri kəskinləşdirib, ədalətsiz müharibələrə və fəlakətlərə gətirib çıxarıb.
Kim Çen İn hazırkı vəziyyəti qlobal sabitliyin pozulduğu faşizmin yüksəliş dövrü ilə müqayisə edib. O, “Amerika imperializminin başçılıq etdiyi mürtəce qüvvələri” “tiran və acgöz nizam” yaratmağa çalışmaqda ittiham edib.
O, Koreya yarımadasına xüsusi diqqət yetirərək, gərginliyin təhlükəli həddə çatdığını, dağıdıcı termonüvə müharibəsinə çevrilməklə hədələdiyini qeyd edib.
Gültac Mehdizadə