Elm və təhsil

“Şagirdlərin kompüterləşməsinə 40 milyon manat vəsait ayrılması proqnozlaşdırılır”. 

Crossmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 

O qeyd edib ki, məktəblərin yüksəksürətli şəbəkəyə qoşulması da əsas məsələlərdəndir: “1737 müəssisə yüksəksürətli internetə qoşulub”. 

Nazirin sözlərinə görə, 2022-2024-cü illərdə 65 minə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib: “Növbəti ildə 20 min müəllimin sertifikatlaşdırmaya cəlb olunması nəzərdə tutulub”.

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il