Gündəm

COP29 konfransında əsas gözləntilərdən biri iqlim maliyyəsi üçün ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır. Bu hədəf, xüsusilə iqlim dəyişikliyinə həssas olan ölkələrə dəstəyi artırmaq məqsədi daşıyır. Lakin bu məqsədə çatmaq üçün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında maliyyə fərqlilikləri, ianələrin davamlılığı və ədalətli öhdəliklərin bölüşdürülməsi kimi maneələr aradan qaldırılmalıdır. Ədalətli və səmərəli maliyyə mexanizmləri ilə NCQG təbii fəlakətlərin təsirlərini azaltmaq, qida və su təhlükəsizliyini təmin etmək, həmçinin səhiyyə sahəsini gücləndirmək kimi əsas problemləri hədəfləyə bilər.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında deputat Aydın Hüseynov qeyd edir ki: “COP29 tədbirlərində əhəmiyyətli müzakirələrin həyata keçirildiyi bir vaxtda da iqlim dəyişmələri dünyanı təhdid edən əsas problemlərdən biri olaraq qalmaqdadır. BMT-nin 198 üzv dövləti bu istiqamətdə müvafiq olaraq müzakirələr aparır. İqlim danışıqlarının texniki və siyasi aspektləri barədə aparılan müzakirələr COP29 sammitində dönüş nöqtəsi hesab olunur. BMT-nin iqlim danışıqlarının texniki və siyasi aspektləri arasında qarşılıqlı əlaqənin sürətləndirilməsi vacib sayılır, çünki texnoloji tərəqqi siyasi qərarları məlumatlandırır, bu isə texnoloji irəliləyişlərə imkan verir”.

Deputat bildirib ki: "İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi COP29 danışıqları üçün əsas prioritet olaraq qalır: “Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün iqlim tədbirlərinin təmin edilməsi vacibdir və problemin həm aktuallığı, həm də miqyası nəzərə alınmalıdır. Paris Sazişi üzrə öhdəliklərə uyğun şəffaflıq da eyni dərəcədə vacibdir. Bir sıra kritik məsələlərdə mövqelərin yaxınlaşmasının çox ümidverici əlamətləri var.

İqlim dəyişikliyi idarəetmənin bütün aspektlərinə təsir göstərir. Ona görə də maliyyə, enerji, kənd təsərrüfatı, səhiyyə və digər müvafiq dövlət idarələri prosesdə yaxından iştirak etməlidir. COP28-də razılaşdırılmış iqlim fəaliyyətinə dair ilk qlobal hesabatın nəticələrinə əsaslanaraq bütün iqlim cəbhələrində sürətli irəliləyiş əldə edilməsi mümkündür. Ədalətli iqlim maliyyəsini təmin etmək üçün isə birlikdə işləmək və bunun davamlılığını təmin etmək lazımdır. Azərbaycan bu gün COP29-a ev sahibliyi edir və həm də COP28-in nəticələrinin davamlılığını təmin edir. Bakıda yarımçıq qalmış işlərin isə Braziliyada davam etdirilməsinin vacibliyini dünya ölkələrinə çatdırır. BƏƏ, Azərbaycan və Braziliyadan ibarət “Troyka”nın yaradılmasında məqsəd də davamlılığın itməməsi, konkret nəticənin əldə olunmasıdır. Təəssüf ki, bundan əvvək keçirilən COP tədbirlərində bu ənənə olmayıb. Azərbaycan ölkələr arasında körpü rolunu oynamaq üçün əlindən gələni edir. Biz sabahı xilas etmək üçün bu gün sərmayə qoymalıyıq. Yeni Kollektiv Kəmiyyət Məqsədi 2050-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyətin sürətləndirilməsi və qlobal iqlim neytrallığına nail olmaqda inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməlidir. Yeni Kollektiv Kəmiyyət Hədəfi isə öz məqsədinə tərəflərin öz öhdəliklərini yerinə yetirəcəyi halda çatacaq”.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il