Yaxın şərq

İsrail baş naziri Benyamin Netanyahu, Livanda mümkün atəşkəsin İsrail hücumlarının sonu anlamına gəlməyəcəyini bildirib.

Netanyahu, “Atəşkəsdən sonra belə şimalda təhlükəsizliyimizi təmin etmək və Hizbullahın hücumlarına qarşı sistematik əməliyyatlar aparmaq məcburiyyətində qalacağıq” ifadələrini işlədib.

Crossmedia.az xəbər verir ki, baş nazir İsrail parlamentində çıxışı zamanı ölkəsinin Livana qarşı hücumları haqqında açıqlama verib. 

İsrail mediasında yer alan məlumatlara görə, Netanyahu Livanda mümkün atəşkəsin İsrail hücumlarının sonu anlamına gəlməyəcəyini vurğulayıb: “Əsas olan razılaşmanın kağız üzərində qalması deyil. Atəşkəsdən sonra belə şimalda təhlükəsizliyimizi təmin etmək və Hizbullahın hücumlarına qarşı sistematik əməliyyatlar aparmaq məcburiyyətində qalacağıq” deyib.

Hizbullahın hər hansı bir atəşkəs razılaşmasına riayət edəcəyinə dair heç bir dəlil olmadığını iddia edən Netanyahu, “Hizbullahın, fələstinli müttəfiqi Hamasın İsrailin cənubuna hücum etdiyi 6 oktyabr 2023 tarixindəki vəziyyətinə geri dönməsinə icazə verməyəcəyik” deyə qeyd edib.

Hizbullahla 8 oktyabr 2023-dən bu yana nəzarət olunan toqquşmalar aparan İsrail ordusu, 23 sentyabrda Livanın cənub şəhərlərinin, eləcə də Bəqa və Baalbek bölgələrinə yüzlərlə hava hücumu həyata keçirib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 8 oktyabr 2023-dən bəri 902-si qadın və uşaq, 212-si tibb işçisi olmaqla 3 min 516 nəfər ölüb, 14 min 929 nəfər yaralanıb.

Hizbullah lideri Həsən Nəsrullahın, İsrail ordusunun 27 sentyabrda Beyruta etdiyi hava hücumları zamanı öldürüldüyü bildirilib. Hizbullah isə İsrailə raket və raket sistemləri ilə cavab verir. İsrail tərəfində əsasən ordu bazalarını hədəf alan bu hücumlarda böyük zərər bildirilməyib.

Ölkənin cənub bölgələrindən paytaxt Beyrut və şimala doğru köç dalğası davam edir. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, İsrailin hücumları səbəbilə Livanda 1 milyon 400 mindən çox insan yerindən edilib. Livan hökuməti isə yerindən edilənlərdən 600 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb. 

Emil Bağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il