İranda milli geyimləri və mədəniyyət nümunələri hökumət tərəfindən müsadirə olunan Qaşqay türkləri etiraza qalxıblar.
İran hökumətinin Qaşqay türklərinin ənənəvi geyimlərinin və bəzi mədəniyyət nümunələrinin Lor etnik qrupunun adına qeydiyyata alınması ilə bağlı qərarından sonra bir qrup Qaşqay türkü öz milli paltarlarını geyinərək Şiraz əyalətinin Mədəni İrs İdarəsinin qarşısında etiraz aksiyası keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, narazı qaşqay türkləri "Qaşqayın libası qaşqayın olası" şüarı ilə çıxış ediblər.
Hökumətin bu qərarı Qaşqay türklərinin kimiliyini təhdid etdiyi kimi, həmdə qaşqay türkləri ilə Lor etnik qrupu arasında da əlaqələri zəiflədəcək.
Bu etiraz aksiyası bir çox ictimai və mədəni fəalların İran hökumətinin bu hərəkətini Qaşqay türklərinin milli kimliyinin boğulması və Lor tayfasından Tehran rejiminin türklərə qarşı məqsədlərinə alət kimi istifadə edilməsi istiqamətində atılan yeni addım kimi qiymətləndirdiyi bir vaxtda keçirilib.