Cənubi Qafqaz

Son günlər Ermənistanda bir sıra yüksək vəzifəli məmurların tutduqları vəzifələrdən istefa verməsini müşahidə edirik. Ermənistanın baş naziri Nikol Paşinyan isə öz "Facebook" səhifəsində məsələyə "aydınlıq" gətirib. O qeyd edib ki, sözügedən şəxslərdən postlarını tərk etmələrini özü xahiş edib və müraciətin səbəbləri şəxsi deyil, sistemli xarakter daşıyır. Bu isə, yenə də ağıllarda sual doğurur: Sözügedən hadisələr niyə məhz kütləvi şəkildə özünü göstərir?

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, kütləvi istefalar özü də diqqət çəkən məqamdır:

"Əlbəttə ki, bunu konkret olaraq bir səbəblə əlaqələndirmək qeyri-mümkündür. Lakin bütün hallarda bu pərakəndə şəkildə təşkil olunmayıb. Burada Ermənistanın Rusiyadan tədricən uzaqlaşması, adı çəkilən kadrların böyük əksəriyyətinin Qərbin manevrləri ilə razılaşmaması və Ermənistan-Azərbaycan münasibətlərində müəyyən nüanslara fikirləri şəxslərin istefa verməsində ehtimal olunan faktorlardandır. Bəlkə də tərəflər arasında ölkənin Azərbaycanda baş tutan COP-29-da iştirakına olan mənfi münasibət və nə qədər ehtimal az olsa da, müsbət düşüncələr məhz daxili siyasi elitada belə bir çaxnaşmaya səbəb ola bilər".

Bu tip hadisənin növbəti günlərdə təkrarlanmasına gəlincə isə, Novruzov əlavə edib ki, qarşıdakı günlərdə bu halın təkrar baş verməsi gözləniləndir, lakin indiki haldan fərqli olaraq, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi səviyyəsində olmayacaq. Hazırda görünən odur ki, Ermənistan siyasi elitasında çox ciddi böhranlar mövcuddur və bu da heç təsadüfi deyildir. Bu, Ermənistanın xarici, regional siyasət kursları ilə bağlıdır.

Aytac Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il