Cənubi Qafqaz

Rusiyanın qonşu Skandinaviya ölkələri mümkün Üçüncü Dünya Müharibəsi ilə bağlı həyəcan təbili çalıb. Vətəndaşlarına müharibə və böhranla bağlı məlumatlandırmalar edən Skandinav ölkələri hazırlıqlara başlayıb. Digər ölkələr də vətəndaşlarına müharibə ilə bağlı məsləhətlər verib.
Bəs Rusiya müharibə risklərini nə dərəcədə doğru hesab edir və hansı addımlar atır?

Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, Rusiyanın “xüsusi hərbi əməliyyat” adıyla Ukraynaya qarşı başladığı işğalçı müharibədən 1000 gün keçdi:

"Bu, iki dövlət arasında müharibə sərhədini aşaraq beynəlxalq aləmin əsas probleminə çevrilib. “Üçüncü dünya müharibəsi” və “nüvə müharibəsi” terminləri adiləşib. ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsinin ardınca Böyük Britaniya və Fransanın da oxşar qərar verməsi 3 paytaxt arasında aparılan məxfi danışıqların nəticəsidir. London və Paris bu məsələylə bağlı Vaşinqtonun qərarını gözləyirdilər. Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydedən bu qərarı aylardır gözləyirdi".

Politoloqun sözlərinə görə, Rusiya rəsmilər nüvə silahından istifadə edə biləcklərini aylardır söyləyirlər:
"Kreml düyməyə basarsa, bu dünya üçün faciəyə səbəb olacaq. Rusiya kimə qarşısa nüvə silahından istifadə edərsə, Rusiya ərazisinə də nüvə bombası atılacaq. Rusiyanın nüvə silahları olduğu kimi Ukraynaya dəstək verən Qərb ölkələrinin bir qisminin də nüvə silahı var. Ona görə də Kremlin təhdidlərinə baxmayaraq, Rusiya hakimiyyətinin dünyanı fəlakətə sürükləyəcək müharibəyə rəvac verməyəcəyini proqnozlaşdırıram".

Elnurə Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il