COP29

Azərbaycan, 11-22 noyabr 2024-cü il tarixlərində BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) ev sahibliyi edir. Dünyanın diqqətini iqlim böhranına çəkən bu tədbir çərçivəsində mühüm görüşlər, dəyirmi masalar və incəsənət nümayişləri keçirilir. 11-22 noyabr tarixlərində Bakı, Dünya Liderlərinin İqlim Fəaliyyəti Zirvəsinə ev sahibliyi edəcək.

Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığı, COP29 çərçivəsində Bakı Stadionundakı Green Zone sahəsində yerləşən stenddə Türkiyənin ətraf mühit, iqlim dəyişikliyi, yenilənəbilən enerji və davamlılıq sahələrində atdığı addımlar tanıdılır. Ziyarətçilər, BMT Baş katibi Antonio Quterreş və Türkiyənin birinci xanımı Emine Erdoğan tərəfindən imzalanmış “Qlobal Sıfır Tullantı Niyyət Bəyannaməsi”ni rəqəmsal şəkildə imzalaya biləcəklər. BMT-nin 30 martı “Beynəlxalq Sıfır Tullantı Günü” elan etməsi ilə bu hərəkat qlobal bir simvola çevrilib.

Stenddə Türkiyənin “Sıfır Tullantı” təşəbbüsünə dair video və infografikalar, endemik bitkilər və nəsli kəsilməkdə olan heyvanların təqdimatları da yer alır. Türkiyənin 2053-cü ilə qədər sıfır karbon emissiyası hədəfləri vurğulanaraq, qlobal ekoloji problemlərə davamlı həll yolları təqdim olunur. Rəqəmsal “Yaşıl Türkiyə Sərgisi” isə Türkiyənin yaşıllığını və təbiəti qoruma mövqeyini dünyaya çatdırmaq məqsədi daşıyır.

COP29 tədbirində iştirak edən YARAT Müasir İncəsənət Məkanı da öz ekoloji layihələrini təqdim edir. YARAT Müasir İncəsənət Məkanının direktoru Fərəh Ələkbərli Crossmedia.az saytına bildirir ki, 11-13 noyabr tarixlərində keçirilən tədbir çərçivəsində, YARAT-ın tanınmış rəssam Aydan Mahmudovanın təbiətdən ilhamlanaraq yaratdığı gül motivli küplərdən ibarət sərgisi nümayiş olunacaq. Bu əsərlər təbiətlə harmoniya və davamlılıq mövzusunda dərin mesajlar verir.

İkinci layihə isə Beynəlxalq Simpozium olacaq. Simpoziumda müxtəlif ölkələrdən gələn elm və incəsənət nümayəndələri elm və incəsənətin inteqrasiyasını müzakirə edəcək, təcrübələrini bölüşəcəklər. 2011-ci ildə Aydan Mahmudova tərəfindən əsası qoyulan YARAT Məkanı, gənc rəssamların inkişafına dəstək verir və yerli, xarici incəsənət layihələrinə ev sahibliyi edir.

COP29 Bakı tədbiri, iqlim dəyişikliyi ilə mübarizə mövzusunda beynəlxalq əməkdaşlığı gücləndirmək üçün əhəmiyyətli bir platformadır. Azərbaycan, Türkiyə və digər ölkələrin liderlik etdiyi ekoloji layihələr və innovativ yanaşmalar sayəsində dünya miqyasında daha yaşıl və davamlı bir gələcək üçün addımlar atılır. Bakıda keçirilən COP29 tədbiri, qlobal iqlim gündəmində Azərbaycan və Türkiyənin lider mövqeyini bir daha ortaya qoyaraq, ətraf mühitin qorunması istiqamətində yeni strategiyaların müzakirə olunduğu mühüm bir mərhələdir.

 

 

 

 

Maral Şahverdili
Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il