Noyabrın 18-də COP29 çərçivəsində Sumqayıt Dövlət Universitetinin (SDU) dəstəyi ilə Oksford Universitetinin “Said” Biznes Məktəbi, eləcə də “Burjeel” holdinqi tərəfindən “İqlim dəyişikliyi” müsabiqəsinin final mərhələsi təşkil olunacaq.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin final mərhələsində şagirdlərdən ibarət 5 komanda və 5 müəllim iştirak edəcək. Bu mərhələdə iştirakçıların təqdimatları münsiflər tərəfindən qiymətləndiriləcək. Qaliblərin mükafatlandırılması mərasimi isə Mavi zonada, Azərbaycan Milli Pavilyonunda təşkil olunacaq.
Qeyd edək ki, “İqlim dəyişikliyi” müsabiqəsinə 135-i Azərbaycandan olmaqla 58 ölkədən 1000-dən çox müraciət daxil olub.