Çarpaz baxış

ABŞ-də baş verən hakimiyyət dəyişikliyinin siyasi proseslərə təsiri məsələsi Ermənistan- Azərbaycan cəbhəsində də müzakirələrə səbəb olub. Bayden Administrasiyasının ermənipərəst addımları erməniləri sevindirsə də, erməni mediası hazırki situasiyada Trampın prezident seçilməsinin rəsmi İrəvanda məyusluqla qarşılandığını bildirib. Ermənilər qorxurlar ki, bundan sonra Azərbaycan Ermənistana qarşı daha sərt mövqedən çıxış edəcək və rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün daha çox güzəşt qoparmaqda israrlı olacaq. İddialar arasında Donald Trampın gəlişinin "Zəngəzur dəhlizi"nin açılışına yaşıl işıq yandıracağı da var. 

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əli Zülfüqaroğlu bildirib ki, Bayden Administrasiyası ilə Tramp Administrasiyası arasında kifayət qədər fərq var:

“Bayden administrasiyası dönəmində ABŞ-nin Azərbaycana qarşı mövqeyi mənfi məqamlarla yadda qalıb. Eyni zamanda Ermənistanın və Qərbin maraqlarını əhatə edən “Sülh qovşağı” layihəsi irəli sürülüb, Zəngəzur dəhlizinin açılmasına qarşı müəyyən fəaliyyətlər həyata keçirilib. Bayden Administrasiyası dövründə Azərbaycana qarşı təzyiqlərin olması, onu deməyə əsas verir ki, Azərbaycan Baydenlə müqayisədə Trampın hakimiyyəti dövründə  ABŞ ilə daha müsbət zəmində əlaqələr quracaq. Buna misal olaraq Trampın İkinci Qarabağ müharibəsi dövründəki mövqeyini misal göstərə bilərik”.

Ə.Zülfüqaroğlu Trampın hakimiyyətə gəlməsinin Azərbaycan- ABŞ münasibətləri üçün yeni perspektivlər aça biləcəyini qeyd edib:

“Bu o demək deyil ki, ABŞ Trampın dövründə öz geosiyasi maraqlarından imtina edəcək. Fərqli müstəvidə korrektələr müşahidə edilsə də, Birləşmiş Ştatların geosiyasi maraqlarının təmin olunması üçün atılan addımlar özünü  müxtəlif formada büruzə verə bilər. Trampın dövründə istər dünyada, istərsə də bölgədə vəziyyətin tezliklə yaxşılaşacağını söyləmək doğru olmaz. Lakin düşünürəm ki, Baydendən fərqli olaraq Tramp Adminstrasiyası daha adekvat fəaliyyət yürüdəcək”.

Gülay Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il