Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Xorvatiyada ehtiramla anılıb
Azərbaycan Hava Yollarının Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günündə ölkəmizin Xorvatiyadakı səfirliyində dövlət bayrağı yarıya endirilib, başsağlığı kitabı açılıb.
Xorvatiya Respublikası Xarici və Avropa İşləri Nazirliyinin rəsmiləri, Zaqrebdəki diplomatik missiyalarının rəhbərləri başsağlığı kitabını imzalayıblar.
00:24 28.12.2024
Oxunuş sayı: 4543