Sağ qalan stüardessadan etiraz: Videolarımı belə paylaşmayın!
Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin sağ qalan bələdçisi Aydan Rəhimli görüntülərinin hansısa mahnının fonunda paylaşılmasını istəmir. Bu barədə Aydanın müalicə olunduğu "Yeni Klinika"nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat yayıb.
"Bələdçi Aydan xanımın bir xahişini çatdırım: "Xahiş edirəm, deyin mənim videolarımı musiqi ilə montaj edərək sosial hesablarda yaymasınlar. Mən aktrisa deyiləm, bələdçiyəm, yaralarım isə göründüyündən daha dərindir", - o bildirib. (axar.az)
23:08 27.12.2024
Oxunuş sayı: 4631