"Araz-Naxçıvan" daha iki futbolçu ilə müqavilə imzalayıb
"Araz-Naxçıvan" daha 2 futbolçu ilə müqavilə imzalayıb.
Crossmedia.az xəbər verir ki, 25 yaşlı Qabil Əlizadə və 21 yaşlı Nihat Mehralievlə anlaşmanın müddəti 1 illikdir.
N.Mehraliev ötən mövsümü "Şamaxı"da keçirib, Q.Əlizadə "Sumqayıt-2", "Karvan-Yevlax" və "Mingəçevir"in formasını geyinib.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdulla Rzayev, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan Letiç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.
16:39 14.08.2026
Oxunuş sayı: 50