KİV: Avropadakı anomal istilər Ukraynanın ixracını çətinləşdirib
Avropada anomal istilər və quraqlıq Ukraynanın alternativ ixrac marşrutlarından istifadəsini çətinləşdirib.
Crossmedia.az xəbər verir ki, “Newsweek” bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi gəmiçiliyə mane olub və Rumıniyadan Ukraynaya elektrik enerjisi tədarükünə də təsir göstərib.
Bununla yanaşı, Rusiya Odessa ətrafında Ukraynanın liman infrastrukturuna zərbələri gücləndirib. Nəşrin məlumatına görə, iyul ayında gəmilərə və liman obyektlərinə qarşı onlarla hücum qeydə alınıb.
“Newsweek” avqustun 9-da Mayaki körpüsünə endirilən zərbəni də Ukraynanı Moldova və Rumıniya ilə birləşdirən quru marşrutun fəaliyyətini pozmaq cəhdi ilə əlaqələndirib.
12:08 14.08.2026
Oxunuş sayı: 48