İran: ABŞ ilə danışıqlar vasitəçilər üzərindən davam edir
İran ABŞ ilə danışıqların vasitəçilər vasitəsilə davam etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İranın Taylanddakı səfiri Nəsrəddin Heydari bu barədə bildirib.
Diplomatın sözlərinə görə, əsas məsələ ABŞ tərəfinin üzərinə götürdüyü öhdəlikləri nə dərəcədə vicdanla yerinə yetirəcəyidir. O, diplomatiyanın İran üçün prioritet olaraq qaldığını, lakin ölkəsinin özünü müdafiə etməyə hər zaman hazır olduğunu vurğulayıb.
11:56 14.08.2026
Oxunuş sayı: 43