Rusiya MN: Gün ərzində 193 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi gün ərzində ölkənin müxtəlif bölgələri üzərində 193 Ukraynaya məxsus pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Nazirliyin yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri tərəfindən PUA-lar zərərsizləşdirilib.
Hadisənin hansı bölgələrdə baş verdiyi və hücumların nəticələri barədə əlavə məlumat verilməyib.
22:58 13.08.2026
Oxunuş sayı: 46