Paşinyan təklif etdi, Qriqoryan imtina etdi – İrəvanda diqqətçəkən qərar
Ermənistanın keçmiş Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Baş nazir Nikol Paşinyanın administrasiyasında vəzifə təklifindən imtina edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Paşinyan hökumətdə keçirdiyi brifinq zamanı bildirib ki, Qriqoryana Baş nazir aparatında iş təklif edib, lakin o, dövlət fəaliyyətində fasilə verməyə üstünlük verib.
“Görünür, o, dövlət karyerasında fasilə götürmək qərarına gəlib. Mən bunu anlayış və hörmətlə qarşılayıram”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan Armen Qriqoryanın Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb. Onun yerinə Alen Simonyan Ermənistan Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub.
22:34 13.08.2026
Oxunuş sayı: 43