NASA efir zamanı Krımı Rusiya ərazisi kimi göstərib
NASA-nın Günəş tutulmasına həsr olunmuş yayımı zamanı nümayiş etdirilən xəritədə Krım yarımadası Ukraynadan ayrıca göstərilib və dövlət sərhədini bildirən xəttlə ayrılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, xəritədə Krım Rusiya ərazisi kimi əks olunub. Bu görüntü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, Krımın statusu beynəlxalq səviyyədə mübahisəli olaraq qalır. Ukrayna və əksər dünya ölkələri yarımadanı Ukraynanın ərazisi hesab edir.
21:22 13.08.2026
Oxunuş sayı: 51