Ağstafaya gedənlər üçün YENİLİK – Bakıdan əlavə qatarlar yola düşəcək
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün avqustun 14-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Bu barədə Crossmedia.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Qeyd edilib ki, sərnişinlər biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.
12:54 13.08.2026
Oxunuş sayı: 42