Rusiyadan təyyarə qəzası ilə bağlı açıqlama gəldi
Rusiya prezidenti Vladimir Putin bu gün Kremldə Rusiya FHN rəhbəri Kurenkovu qəbul edib.
Crossmedia.az xəbər verir ki, rəsmi məlumatda onların qara dənizdə mazut sızmasını müzakirə etdikləri bildirilsə də, eyni zamanda Aktauda qəzanın da müzakirə edildiyi qeyd edilir.
Rusiyalı deputatlara təyyarə qəzası ilə bağlı şərh vermək qadağan edilib.
Dmitri Peskov isə açıqlamasında bildirib ki, Kreml istintaq başa çatana qədər Aktauda qəzaya uğrayan təyyarənin qiymətləndirilməsini mümkün hesab etmir: "Buna görə də araşdırmaların yekun nəticələrini gözləmək lazımdır".
Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin təyyarəni vurduğu iddiası ilə bağlı azərbaycanlı deputat Rasim Musabəyovun Rusiyadan üzr tələbini Kremlin görüb-görməməsi ilə bağlı suala Peskov "Əlbəttə gördüklərini" deyib.
"Artıq dediklərimə əlavə edəcəyim heç nə yoxdur", - deyə mətbuat katibi yekunlaşdırıb.
10:24 27.12.2024
Oxunuş sayı: 3698