CROSSMEDIA - Monteneqronun Baş naziri Azərbaycana başsağlığı verib
Gündəm

Monteneqronun Baş naziri Azərbaycana başsağlığı verib

Monteneqronun Baş naziri Miloiko Spajigin Azərbaycanın Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb.

Crossmedia.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nətiçəsində çoxsaylı insanın faciəvi şəkildə həlak olduğu xəbəri bizi sarsıtdı. Monteneqro hökuməti və şəxsən öz adımdan sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Fikir və rəğbətimiz dost Azərbaycan xalqı və bu faciədən zərər çəkmiş bütün insanlarladır."

10:03 27.12.2024

Oxunuş sayı: 2603

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR