CROSSMEDIA - Astarada yeni körpü salınıb
Telekommunikasiya və nəqliyyat

Astarada yeni körpü salınıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Astara rayonunun Şiyəkəran kəndini iki hissəyə ayıran Pensərçay (Təngərüdçay) üzərində yeni avtomobil körpüsü inşa edib.

Crossmedia.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, qısa müddətdə tikintisi aparılan bir aşırımlı yeni körpünün uzunluğu 35 metr, eni 10 metr təşkil edir.

İntensiv yağışların yaratdığı güclü sel suları nəticəsində körpüb qəzalı vəziyyətə düşmüş, dayaqları zədələnmişdi. İstifadəyə verilən yeni körpü 6 min nəfərə yaxın əhalinin rahat gediş-gəlişinə, yolla bağlı yaranmış problemlərin həllinə şərait yaradıb.

05:55 27.12.2024

Oxunuş sayı: 4297

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR