Azərbaycan və Gürcüstan arasında yükdaşımalardakı çətinliklərin səbəbi açıqlanıb
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) Azərbaycan-Gürcüstan istiqamətində bəzi yük avtomobillərinin gecikməsi ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Assosiasiyadan bildirilib ki, gecikmələr Gürcüstan qanunvericiliyinə uyğun olaraq yüklərin laboratoriya yoxlamalarından keçirilməsi ilə əlaqədardır.
Qeyd olunub ki, yoxlamaların müddəti daşınan yükün xüsusiyyətindən asılı olaraq dəyişir və bəzi hallarda nəqliyyat vasitələrinin gecikməsinə səbəb ola bilər.
ABADA vurğulayıb ki, Gürcüstan istiqamətində fəaliyyət göstərən daşıyıcılar arasında aparılan sorğu kütləvi problemlərin olmadığını göstərib. Məlumata görə, yükdaşımalar hazırda adi qaydada həyata keçirilir.
19:16 07.08.2026
Oxunuş sayı: 49