“Zəfərdən sülhə” Bəyannaməsi təqdim olundu – Türkiyə nümayəndə heyəti Qarabağ səfərinin nəticələrini açıqladı
Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) və Kültürlerarası Şəbəkə Dərnəyinin birgə təşkilatçılığı ilə “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramının yekun tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, toplantıda Türkiyədən gəlmiş 20 nəfərlik media və nümayəndə heyətinin Bakı, Ağdam, Xankəndi, Şuşa və Laçına səfərinin nəticələri müzakirə olunub.
Tədbir çərçivəsində səfər iştirakçılarının müşahidə və qiymətləndirmələri əsasında hazırlanmış “Zəfərdən sülhə” Yekun Bəyannaməsi Azərbaycan və Türkiyə ictimaiyyətinə təqdim edilib. Bəyannamədə Qarabağda aparılan bərpa-quruculuq işləri, regionda dayanıqlı sülhün və sabitliyin təmin olunması, eləcə də Azərbaycan–Türkiyə əməkdaşlığının perspektivləri ilə bağlı əsas məqamlar öz əksini tapıb.
Ayhan
11:05 06.08.2026
Oxunuş sayı: 58