BMT Baş Assambleyasında yeni Azərbaycan–İsveçrə görüşü planlaşdırılır
İsveçrənin xarici işlər naziri İqnasio Kassis Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla yeni görüş keçirməyi planlaşdırdığını bildirib.
Crossmedia.az xəbər verir ki, o bu barədə bu gün Bakıda Ceyhun Bayramovla birgə mətbuat konfransında məlumat verib.
"Biz artıq növbəti görüşümüzü bir neçə həftədən sonra Nyu-Yorkda, yüksək səviyyəli həftədə təşkil etmək qərarına gəlmişik", - ATƏT-in fəaliyyətdə olan sədri bildirib.
O, həmçinin qeyd edib ki, İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir.
"Biz qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əməkdaşlığımızı davam etdirməyə və möhkəmləndirməyə ümid edirik", - Kassis əlavə edib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi sentyabrın üçüncü ongünlüyündə keçiriləcək.
14:27 04.08.2026
Oxunuş sayı: 47