Enerjidən kənar sahələr də masadadır: İsveçrədən Bakıya mesaj
İsveçrə və Azərbaycanı çoxillik etimada əsaslanan münasibətlər bağlayır.
Crossmedia.az xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
İ.Kassis qeyd edib ki, danışıqlar zamanı tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yollarını müzakirə ediblər: "Bizim təkcə iqtisadiyyat və energetika sahələrində deyil, həm də digər sektorlarda əməkdaşlığı genişləndirmək üçün potensialımız var".
13:25 04.08.2026
Oxunuş sayı: 55