Ceyhun Bayramov ATƏT-dəki gərgin vəziyyətdən danışdı: prioritetlər açıqlanıb
İsveçrənin ATƏT sədrliyinin prioritetləri zəngindir.
Crossmedia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir deyib ki, enerji təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik bu prioeirrtelərdəndir.
"Hesab edirik ki, bütün bunlar insanların həyat rifahının yaxşılaşdırılması üçün önəmlidir və biz buna dəstəyimizi ifadə edirik".
Nazir əlavə edib ki, hazırda ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür.
"Bu halda, həm ATƏT-in, həm də üzvlərinin fəal əməkdaşlığı əsas şərtlərdəndir. Biz Azərbaycan dövləti olaraq öz tərəfimizdən bütün bu prinsiplərə sadiqliyimizi ifadə edirik.".
13:17 04.08.2026
Oxunuş sayı: 49