Yaponiya Yaxın Şərqdən üz döndərir
Yaponiya iyun ayında neft idxalını ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 faiz artırıb və eyni zamanda Yaxın Şərqdən neft tədarükündən asılılığını azaldıb.
Crossmedia.az xəbər verir ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bu barədə məlumat yayıb. Məlumata görə, iyunda Yaxın Şərqdən neft idxalının ümumi tədarükdə payı 62,3 faizə enib. Bu göstərici may ayı ilə müqayisədə 11,6 faiz bəndi azdır.
Nazirliyin məlumatına əsasən, azalan Yaxın Şərq tədarükü digər regionlardan idxalın artırılması hesabına kompensasiya olunub. Belə ki, ABŞ-dan gətirilən neftin payı iyunda 32 faizi ötərək may ayı ilə müqayisədə təxminən 10 faiz bəndi artıb.
Bildirilir ki, əvvəllər Yaponiya neftinin 90 faizdən çoxunu Yaxın Şərqdən alırdı. Lakin xüsusilə Hörmüz boğazındakı vəziyyət səbəbindən bu asılılıq azalıb. Nəticədə, aprel ayında ABŞ-dan ilk neft tədarükləri həyata keçirilib, may ayından etibarən isə Azərbaycan, Cənubi Sudan və Rusiyanın Saxalin bölgəsindən də neft idxalına başlanılıb.
12:27 04.08.2026
Oxunuş sayı: 61