Bir ömrün yeni ili: Heydər Əliyevin doğum günüdür
Bu gün, 3 avqust, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu Heydər İlham oğlu Əliyevin doğum günüdür.
Heydər Əliyev 1997-ci il avqustun 3-də anadan olub. O, Bakıda babası Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində ümumi orta təhsil alıb. 2013-cü ildə orta təhsili uğurla başa vuran gənc, təhsil nazirinin “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında” əmrinə əsasən qızıl medalla təltif olunub. Onun adı təhsil aldığı kompleksin “Şərəf kitabı”na yazılıb.

Elə həmin ildə Heydər Əliyev ali məktəblərə qəbul imtahanlarında iştirak edərək II ixtisas qrupu üzrə 590 bal toplayıb və ADA Universitetinin tələbəsi olub. 2017-ci ildə universiteti bakalavr dərəcəsi ilə bitirib. 2018–2019-cu illərdə isə vətən qarşısında borcunu yerinə yetirərək hərbi xidmətdə olub.

Tələbə yoldaşları və dostları onu savadlı, mədəni və təvazökar bir gənc kimi xarakterizə edirlər. Müəllimləri və yaxın ətrafı da onun davranışını və insanlarla münasibətini dəfələrlə yüksək qiymətləndirib.
Heydər Əliyev 26 noyabr 2022-ci ildə ailə həyatı qurub və bu gün iki oğul atasıdır.
Crossmedia.az Analitik İnformasiya Portalı olaraq doğum günü münasibətilə Heydər İlham oğlu Əliyevə cansağlığı, xoşbəxtlik, uğurlar və ailəsinə firavanlıq arzulayırıq.
Ayhan
11:47 03.08.2026
Oxunuş sayı: 69