Rektor: Qarabağ Universiteti layiqli vətəndaş yetişdirmək missiyasını daşıyır
Qarabağ Universiteti yalnız müasir və peşəkar mütəxəssislər hazırlamır, eyni zamanda layiqli vətəndaş yetişdirmək missiyasını da daşıyır.
Crossmedia.az xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Gənclərin VII Yay Düşərgəsinin açılış mərasimində deyib.
O bildirib ki, bu tədris ilində Qarabağ Universitetində 49 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək:
"Universitet dedikdə ilk növbədə gənclər yada düşür. Burada verilən təhsilin nəticəsində həm Vətənini sevən, milli dəyərlərinə bağlı vətəndaşlar, həm də Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edə biləcək peşəkar mütəxəssislər yetişəcək".(report)
13:12 02.08.2026
Oxunuş sayı: 59