Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Şərqi Zəngəzurda keçirilir
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Şərqi Zəngəzurda keçirilir.
Crossmedia.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin "X" sosial şəbəkə hesabında bununla bağlı video paylaşılıb.
"Diaspor Gənclərinin Yay Düşərgələri diaspor tarixinin unikal layihələrindəndir", - paylaşımda bildirilib və əlavə edilib ki, layihə artıq 7-ci dəfədir ki, Azərbaycanda keçirilir.
Belə ki, 1-ci düşərgə Şəki, 2-ci Şamaxı, 3-cü Şuşa, 4-cü Naxçıvan, 5-ci Laçın, 6-cı düşərgə isə Xankəndidə baş tutub: "Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi bu il Şərqi Zəngəzurda keçirilir".
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları iyulun 31-də Azərbaycana gəliblər.
20:55 01.08.2026
Oxunuş sayı: 52