Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.29 dollar və ya 3,34% artaraq 101.87 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 98.58 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
10:09 01.08.2026
Oxunuş sayı: 45