Bu gün "Qarabağ", "Neftçi" və "Zirə"nin oyunlarını yayımlayacaq kanallar açıqlanıb
Avrokuboklarda Azərbaycanı təmsil edən "Qarabağ", "Neftçi" və "Zirə" klublarının bu gün keçirəcəyi oyunların yayımlanacağı telekanallar müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, "Zirə"nin Estoniyanın "Payde" klubuna qarşı keçirəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və "İdman TV" vasitəsilə canlı yayımlanacaq.
"Neftçi"nin Belarusun "Dinamo Minsk" komandası ilə oyunu isə saat 21:00-da start götürəcək və İctimai TV tərəfindən canlı nümayiş etdiriləcək.
Azərbaycanın UEFA Avropa Liqasındakı yeganə təmsilçisi "Qarabağ"ın Bolqarıstanda "ÇSKA Sofiya"ya qarşı cavab oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşma "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
16:29 30.07.2026
Oxunuş sayı: 57