Dünya çempionatı: Azərbaycan güləşçisi Elmir Çərkəzov bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada yaponiyalı Hinata Hanamoriyə qalib gəlib.
Daha əvvəl təmsilçilərimizdən Abdurrahman Hüseynli (51), Əli Cavadlı (45 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) mundialın bürünc medalına sahib çıxıblar.
18:56 29.07.2026
Oxunuş sayı: 37