Azərbaycan güləşçisi Əli Cavadlı dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
Crossmedia.az xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançı finalda ABŞ-li Raylen Vaksa uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Daha əvvəl təmsilçilərimizdən İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) mundialın bürünc medalına sahib çıxıblar.
18:20 29.07.2026
Oxunuş sayı: 40