Lavrov: Baltikyanı ölkələr Rusiyaya qarşı “əsas döyüş başlıqları”na çevrilib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Baltikyanı ölkələrin Rusiyaya qarşı siyasətdə ön plana çıxdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Lavrov bunu TASS-ın baş direktoru Andrey Kondraşova müsahibəsində deyib.
Lavrov iddia edib ki, Estoniya, Latviya və Litva Rusiyaya qarşı “əsas döyüş başlıqları” rolunu oynayır.
Onun sözlərinə görə, Baltikyanı ölkələr öz ərazilərində nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv edirlər.
Rusiya rəsmisinin bu iddiaları ilə bağlı Baltikyanı ölkələrdən rəsmi açıqlama verilməyib.
13:19 29.07.2026
Oxunuş sayı: 59