Rusiya “Su-57E” üçün yeni raketini dünya bazarına çıxarır
Rusiyanın “Rosoboroneksport” şirkəti “Su-57E” qırıcı təyyarəsi üçün yeni raketi beynəlxalq bazara təqdim edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Rosoboroneksport” məlumat yayıb.
Bildirilib ki, yeni raket təyyarələri, helikopterləri və pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək imkanına malikdir.
Şirkətin açıqlamasına görə, raketin buraxılış məsafəsi və tətbiq effektivliyi artırılıb.
“Rosoboroneksport” həmçinin “Su-57E” qırıcılarının dost ölkələrə tədarükünə hazır olduğunu bildirib.
13:16 29.07.2026
Oxunuş sayı: 51