Rusiyada DYP avtomobillərindən təbliğat üçün istifadə edir
Rusiyanın bəzi şəhərlərində DYP ekipajlarının xidməti avtomobillərin səsgücləndiricilərindən siyasi çağırışlar səsləndirdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilib.
Məlumata görə, yaşayış məhəllələrində sakinlərə məcburi şəkildə siyasi xarakterli mesajlar dinlədilir. İddialara əsasən, DYP əməkdaşları yol hərəkəti təhlükəsizliyini təmin etmək əvəzinə təbliğat xarakterli çağırışlar yayımlayırlar.
Yayılan səs yazılarında belə bir ifadənin səsləndiyi qeyd olunur:
“DYP xatırladır: SVO-nun (“xüsusi hərbi əməliyyat” – Rusiyanın Ukraynaya qarşı müharibəsi üçün istifadə etdiyi rəsmi termin) qələbəsi üçün səs verin, güclü Rusiya üçün səs verin”.
Məlumatın rəsmi qurumlar tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi açıqlanmayıb.
13:07 29.07.2026
Oxunuş sayı: 53