Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
Azərbaycanın sumo millisi Yaponiyanın Odavara şəhərində təlim-məşq toplanışına başlayıb.
Bu barədə Crossmedia.az -a Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından məlumat verilib.
Hazırlıq prosesi çərçivəsində yığma məşqlərini Yaponiyanın bir neçə sumo məktəbində davam etdirəcək.
Qeyd edək ki, təlim-məşq toplanışı 2026-cı il oktyabrın 17-18-də Bakıda keçiriləcək sumo üzrə dünya çempionatına hazırlıq məqsədi daşıyır.(Report)
17:56 28.07.2026
Oxunuş sayı: 44