Azərbaycanda matəm günüdür
AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisi səbəbindən bu gün Azərbaycanda matəm günüdür.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Məlumata görə, sərnişinlərin 29-u sağdır. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədov rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
20:00 25.12.2024
Oxunuş sayı: 8927