Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə start verib.
Crossmedia.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
12:16 28.07.2026
Oxunuş sayı: 56