CROSSMEDIA - İordaniya Azərbaycana başsağlığı verib
Gündəm

İordaniya Azərbaycana başsağlığı verib

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Miqrantlarla iş üzrə Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Azərbaycana başsağlığı verib.

Crossmedia.az bu barədə İordaniya XİN-in bu ölkənin Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc edilmiş bəyanatına istinadən xəbər verir.

"Nazirliyin mətbuat katibi dr.Sufyan əl-Quda Azərbaycan hökumətinə və xalqına dəstək sözlərini ifadə edib. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb", - bəyanatda bildirilib.

13:08 25.12.2024

Oxunuş sayı: 4905

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR