“Qəbələ” futbolçusunu Slovakiya klubuna satıb
“Qəbələ” futbolçusu Prins Ovusunun transferi ilə bağlı Slovakiyanın “Dunayska Streda” klubunun təklifini müsbət cavablandırıb.
Crossmedia.az xəbər verir ki, klubdan verilən məlumata görə, tərəflər qanalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, 20 yaşlı vinger “Qəbələ”yə 2025-ci ilin iyulunda Qananın “Nayan” Akademiyasından cəlb olunub. O, “qırmızı-qaralar”ın heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
22:22 27.07.2026
Oxunuş sayı: 35