İtaliya müdafiə naziri sabiq ukraynalı həmkarına müşavir vəzifəsi təklif edib
İtaliyanın müdafiə naziri Quido Krozetto Ukraynanın sabiq müdafiə naziri Mixaylo Fedorova özünə müşavir vəzifəsi təklif edib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Quido Krozetto bildirib ki, Fedorov vəzifəsindən azad edildikdən bir gün sonra onunla telefon əlaqəsi saxlayaraq Romaya gəlib müşaviri kimi işləməyi təklif edib.
"Mən ona zəng edib soruşdum: "Nə vaxt Romaya gəlib mənimlə müşavir kimi işləmək istəyirsiniz?"", – deyə italiyalı nazir bildirib.
Jurnalistin Fedorovun bu təklifə reaksiyası ilə bağlı sualını cavablandıran Krozetto qeyd edib ki, sabiq nazir bu təklifdən təsirlənib və bunu hörmət və dostluq nümunəsi kimi qəbul edib.
17:45 25.07.2026
Oxunuş sayı: 66