Aİ missiyası gəmilərə Yəmən sahillərindən uzaq durmağı tövsiyə edib
Avropa İttifaqının (Aİ) Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin edən missiyası bölgədə fəaliyyət göstərən gəmilərə Yəmən sahillərinə yaxınlaşmamağı tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, missiyanın açıqlamasına əsasən, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilər təhlükə səviyyəsi azalana qədər Qırmızı dəniz və ya Ədən körfəzi marşrutlarından istifadə etməməlidirlər.
Missiya bölgədə təhlükəsizlik risklərinin yüksək olaraq qaldığını vurğulayıb.
10:09 23.07.2026
Oxunuş sayı: 67