Qazaxıstan vətəndaşları Azərbaycanda Formula-1 biletlərinin alışında liderdir
Qazaxıstan vətəndaşları Mərkəzi Asiya ölkələri arasında Azərbaycanda keçiriləcək Formula-1 yarışına ən çox bilet alan xarici azarkeşlər olublar.
Crossmedia.az xəbər verir ki, "Report" bu barədə Baku City Circuitə istinadən məlumat yayıb.
Məlumata görə, bu göstərici üzrə ikinci yerdə Özbəkistan vətəndaşları qərarlaşıb.
Baku City Circuit-in məlumatında qeyd olunub ki, Formula-1 yarışına Mərkəzi Asiya ölkələrindən maraq artmaqda davam edir.
17:39 22.07.2026
Oxunuş sayı: 71