Cənubi Koreya XİN başçısı: ASEAN-la həmrəylik strateji əhəmiyyət daşıyır
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon Yaxın Şərqdəki gərginliyin və qlobal tədarük zəncirlərindəki pozuntuların beynəlxalq təhlükəsizlik mühitini dəyişdirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Nazirin sözlərinə görə, mövcud şəraitdə heç bir dövlət təhlükəsizliyini və rifahını təkbaşına təmin edə bilməz.
“Yaxın Şərqdəki qeyri-sabitlik və qlobal tədarük zəncirlərində yaranan problemlər dünyanı dəyişir. Belə şəraitdə heç bir ölkə təhlükəsizliyini və firavanlığını təkbaşına təmin edə bilməz”, – deyə Ço Hyon bildirib.
O əlavə edib ki, Cənubi Koreya Prezidenti Li Ce Myonq etibarlı tərəfdaşlarla, xüsusilə də ASEAN ölkələri ilə həmrəyliyin əsas prioritetlərdən biri hesab edir.
“Prezident Li hesab edir ki, ASEAN kimi etibarlı tərəfdaşlarla həmrəylik həlledici əhəmiyyət daşıyır”, – deyə nazir vurğulayıb.
15:27 22.07.2026
Oxunuş sayı: 53