Nyu-York birjasında təbii qazın dəyəri artıb
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-də həbs olunmayacağı ilə bağlı bəyanatı təkcə İsrail liderinin müdafiəsi deyil, həm də Demokratlar Partiyasına qarşı yeni siyasi kampaniyanın başlanğıcı kimi qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "CNN" təhlil yazısı dərc edib.
Məqalədə qeyd olunur ki, Tramp Nyu-York meri Zöhran Məmdaninin Netanyahunu şəhərə gələcəyi təqdirdə həbs etdirə biləcəyi barədə seçki vədindən imtina etməməsini öz siyasi gündəmini gücləndirmək üçün istifadə edir.
Nəşrin fikrincə, Tramp bu məsələni Demokratlar Partiyasını "həddindən artıq radikal" qüvvə kimi təqdim etmək və qarşıdan gələn aralıq seçkilər öncəsi seçicilərə bu mesajı çatdırmaq üçün fürsət hesab edir.
Təhlildə vurğulanır ki, Məmdani Demokratlar Partiyasının İsrailə qarşı daha sərt mövqe tutan yeni nəslini təmsil edir. Bu mövqe xüsusilə partiyanın sol cinahı və gənc seçicilər arasında geniş dəstək qazanır.
"CNN" yazır ki, Tramp və Məmdani arasındakı qarşıdurma yalnız Netanyahu ətrafında yaranmış hüquqi mübahisə deyil, həm də ABŞ siyasətində İsrailə münasibət və Demokratlar Partiyasının gələcək kursu ilə bağlı dərin ideoloji qarşıdurmanın göstəricisidir. Nəşrin qənaətinə görə, Tramp qarşıdakı seçkilərdə Məmdanini Demokratlar Partiyasının simvolik fiqurlarından biri kimi təqdim etməyə çalışacaq.
09:42 22.07.2026
Oxunuş sayı: 57