Qarabağ ermənilərinin siyasətçisi Paşinyandan üzr tələb edir
Qarabağ ermənilərinin siyasi nümayəndələrindən biri olan Artur Osipyan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.
Crossmedia.az bu barədə ˝Sputnik Armenia˝-ya istinadən xəbər verir.
Məlumata görə, seçkiqabağı kampaniya zamanı Paşinyanla mübahisə edən Osipyan baş nazirdən onun barəsində səsləndirdiyi böhtan xarakterli məlumatları təkzib etməyi və ictimai şəkildə üzr istəməyi tələb edir.
İddianın hansı ifadələrlə bağlı qaldırıldığı və məhkəmə baxışının tarixi hələlik açıqlanmayıb.
18:20 21.07.2026
Oxunuş sayı: 70