Meymunçiçəyinin yüngül forması neçə günə sağalır?
Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) meymunçiçəyi xəstəliyinin yüngül formasının 14–21 gün ərzində öz-özünə sağala bildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, infeksiya qızdırma, intoksikasiya və limfa düyünlərinin böyüməsi ilə müşayiət olunur. Daha sonra bədəndə səpgilər yaranır. Əvvəlcə ləkələr əmələ gəlir, sonra onlar maye ilə dolu qabarcıqlara çevrilir. Qabarcıqlar partladıqdan sonra xoralar yaranır və sağalma zamanı onların üzərində qabıqlar əmələ gəlir. Qabıqlar düşdükdən sonra dəridə çapıqlar qala bilər.
Rospotrebnadzor xarici səfərlər zamanı meymunçiçəyi virusunun daşıyıcısı ola biləcək heyvanlarla, xüsusilə gəmiricilər və primatlarla təmasdan çəkinməyi tövsiyə edib.
Bundan əlavə, xəstəliyin qeydə alındığı ölkələrdən gələn insanlarla təmasdan sonra özünü narahat hiss edən şəxslərə əllərini diqqətlə yumaq və maska taxmaq tövsiyə olunur.
Qeyd edək ki, bundan əvvəl Rusiyada meymunçiçəyinə yoluxma riskləri barədə də açıqlama verilib.
01:34 20.10.2026
Oxunuş sayı: 43